Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

araz.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.

O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

“Çox güman ki, yanğın qəsdən törədilib”, – o vurğulayıb.

***16.00

Masallıda güclü yanğın baş verib.

araz.az-ın məlumatına görə, hadisə “Köhnə bazar” ərazisində qeydə alınıb.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Yanğın baş verən ərazidə obyektlərə ciddi ziyan dəyib.

Hadisə yerindən yanğınsöndürmə briqadaları çalışır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.