inqusatiya-mitinq.jpgİnquşetiyada etiraz aksiyaları başlayıb. Narazı kütlələr yerli qanunverici orqanın binası qarşısına toplaşıblar. Onlar Çeçenistanla sərhəd mübadiləsi haqda razılaşmanın təsdiqləməsinə etiraz edirlər.

Araz.az xəbər verir ki, sözügedən iclasda 32 deputatdan 25-i iştirak edib. Onlardan 17-si müqavilənin lehinə, 3-ü isə əleyhinə səs verib. Çeçenistan parlamenti isə sərhəd mübadiləsi haqqında müqaviləni yekdilliklə təsdiqləyib. Müqaviləyə əsasən, İnquşetiya və Çeçenistan arasında uzun müddətdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsinə icazə verilib. İnquşlar isə dəyişikliklə razılaşmır.

İnquşetiya paytaxtı Maqasda yollar bağlanıb, internetdə fasilələr yaranıb.

“BBC Rusiya” xəbər verir ki, bir qrup deputat aksiyaçılarla görüşüb. Onları Rusiya Milli Qvardiyası əsgərləri qoruyub. Bu zaman atəş səsləri eşidilib və deputatlar dərhal binaya qaytarılıb. Atəşi kimin açdığı bilinmir.

“Yabloko” Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov atəşin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən açıldığını iddia edib.

(Cebhe.info)

 

araz.az xəbər portalı.