İsrailin Ben Qurion hava limanında insanlar ölkəni tərk etməyə çalışarkən böyük növbələr yaranıb.
araz.az xəbər verir ki, İsraildə insanlar yenidən Təl-Əvivdə yerləşən Ben Qurion hava limanında saatlarla növbəyə düzülüblər.
Onlar Qəzza zolağı ilə bağlı artan münaqişə fonunda ölkəni tərk etməyə çalışırlar, lakin bir çox uçuşlar ləğv edilir.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirləri görür.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.