Xəbər verildiyi kimi, oktyabrın 6-da Fələstinlə İsrail arasında yeni müharibə başlayıb.
araz.az fed.az-a istinadən xəbər verir ki, baş verən hadisələr haqqında ilkin məlumatlar hərbir tələfat və döyüş xəbərləri ilə bağlı olsa da, baş verənlərin iqtisadi proseslərə də təsiri qaçılmaz olacaq.
Maraqlıdır ki, İsraildən fərqli olaraq Fələstin iqtisadiyyatı haqqında məlumat geniş deyil. Ölkənin özü müstəqilliyni bir qədər əvvəl elanetdiyinə görə, bu barədə statistik məlumatlar geniş yayılmayıb.
Yaxın Şərqdə de-yure müstəqil, qismən tanınan dövlət, yaranma prosesindədir. Fələstin Dövləti 1988-ci il noyabrın 15-də Əlcəzairdə Fələstin Azadlıq Təşkilatının (FAT) ali məşvərət orqanı olan Fələstin Milli Şurasının sessiyasında elan edilib.
Lakin faktiki olaraq Fələstin Dövləti bu günə qədər yaradılmayıb və real suverenliyə malik deyil. Dövlət strukturları yalnız qismən formalaşır. Ölkənin müvəqqəti paytaxtı sayılan Ramallahda prezident, hökumət və parlament fəaliyyət göstərir.
Fələstinin rəsmi ordusu yoxdur, yalnız polis və hərbiləşdirilmiş təşkilatlar fəaliyyət göstərir.
Qeyd edək ki, coğrafi cəhətdən Fələstin ərazisi bütöv deyil və bir neçə hissədən ibarətdir. Bura Qəzza sektoru, İordan çayının Qərb sahili və sair kiçik ərazilər aiddir.
Statistika məqsədləri üçün Fələstinin statistika xidməti ölkənin rəqəmləri sırasına Şərqi Yerusəlimi (müsəlman dünyası bu şəhəri Qüds adlandırır) də daxil edir, baxmayaraq ki, şəhər əslində İsrailin idarəçiliyi altındadır.
Ymumilikdə Fələstinin əhalisinin sayı 5,5 milyon nəfər, sahəsi iə 6 min kvadratkilometrdir. Orta aylıq əmək haqqı təqribən 646 dollardır.
Fələstinin öz valyutası da yoxdur, pul vahidi kimi İsrail şekeli və ABŞ dolları istifadə olunur.
Fələstində fəaliyyət göstərən beynəlxalq hava limanı yoxdur, ona görə də Fələstin hökumətinin rəhbərləri digər ölkələrə uçmaq üçün İordaniyanın paytaxtı Əmmandakı hava limanından istifadə edirlər. İordan çayının qərb sahilinin böyük hissəsi İsrail ordusunun nəzarətindədir və şərqi Qüds (və bütövlükdə şəhər) də İsrailin nəzarəti altındadır.
Qəzzə sektoru – Aralıq dənizinin şərq sahilində torpaq zolağıdır. Fələstinin bu ərazisi Misir və İsrail ilə həmsərhəddir, ərazisi 365 km2, əhalisi 1,7 milyon nəfərdir. Qəzza sektorunun əhalisinin yarıdan çoxu yetkinlik yaşına çatmayan gənclərdir – hətta əhalinin 40%-i yaşı 14-ə çatmayan uşaqlardır.
Əvəzində ölkədə əhalinin orta ayrm sürəti 2,1% təşkil edir. Hər qadına düşən doğulan uşaqların 3,64 təşkil edir. Doğum göstəriciləri yüksək olduğuna görə, hər 20-25 ildən bir Qəzzanın əhalisinin sayı 20-25% artır – bu dünyada ən sürətli artım rəqəmlərindən biridir. Qəzzada fələstinlilərin yarıdan çoxu yoxsulluq həddində yaşayırlar.
Dünya Bankının məlumatına görə, 2022-ci ildə Fələstin iqtisadiyyatının həcmi – ÜDM – 19,11 milyard dollar təşkil edir. Bu – təqribən Ermənistan qədərdir.
Maraqlıdır ki, Fələstin iqtisadiyyatı demək olar ki, tamamilə İsraildən asılıdır. Söhbət təkcə sifarişlərdən getmir, ümumiyyətlə əraziyə işığı və suyu da İsrail verir.
Bundan başqa israil fəlsətinlilərin işlə təmin olunmasında mühüm paya malikdir. Belə ki, 1990-cı ildən bəri gündə 150 min fələstinli hər gün İsrail şəhərlərinə işləməyə gedirdi. 2006-cı ildəki müharibədən və seçkilərdə XAMAS-ın qələbəsindən sonra bu proses dayandı, işləməyə gələn fələstinliləri rumınlar və tailandlılar əvəz etdi, ölkəyəsverilən xarici yardımlar da dayanıb.
Qəzzada fəbrik istehsalı inkişaf edib. 2009-cu ildəki qarşıdurma zamanı onlarla fabrik dağıdılıb. Amma artıq 2011-ci ildə Qəzzanın sənaye sektoru bərpa olunmağa başlayıb – həm istehsal, həm də iş yerləri artıb. İndiyədək Qəzza sektoru xaricə tekstil, mebel, kənd təsərrüfatı malları ixrac edirdi.
Fələstinin bir hissəsi dəniz kənarındadır və bu da balıqçılığa imkan yaradır, tarixən burada balıqçılıq inkişaf edib, amma hazırda bu asan məşğüliyyət deyil – İsrail katerləri dənizə nəzarət edir.
Fələstində 100 min hektara yaxın əkin ərazisi var. Vaxtilə Qəzzada sitrus bitkiləri sənayesi də olub, amma İsrail bu məhsulları almaqdan imtina edəndən sonra həmin sahə getdikcə məhv olub. Əvəzində pomidor, bibər, ədviyyat və güllər Avropaya bu gün də ixrac edilir.
Qəzza sektoru özünün enerjiyə tələbatının yalnız 5-də birini ödəyə bilir, fələstinlilərin evinə işıq İsraildən gəlir. Amma fələstinlilərin məlumatına görə, bu enerji gündə yalnız 12 saat olur.
Su təminatında da eyni vəziyyətdir – Qəzzada şirin su mənbələri demək olar ki, olmadığından su mənbələrinə filtrlər qoymaq laım gəlir. Buna pulu olmayanlar isə İsraildən verilən suya ümid edirlər – ildə 5 milyon kubmetr.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.