Məlumdur ki, hər bir ölkə üçün huquq və qanunlara riayət edilməsi onun rifahını təmin edən başlıca amildir.Qanunların aliliyini qoruyan və onun icrasına nəzarət edən orqan Ədliyyə nazirliyidir. Ədliyyə Nazirliyinin tabeliyində olan və ən çox tənqid olunan sahələrdən biri də Notariat ofisləridir. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur.
Notarius-müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxsdir.Notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması notariusun qanunla müəyyən edilmiş səlahətlərinə aiddir.
araz.az Mediatv.az-a istinadən xəbər verir ki, Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?Respublikada və paytaxt Bakıda barmaq hesabı saya gələn qədər notariat kontorları vardır ki, sanki onların qarşısında “yaşıl işıq” yandırılıb. Mediatv.az-ın İnternet üzərindən apardığı araşdırmaya əsasən deyə bilərik ki,48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir.Axı 48 saylı notarius üç ayrı-ayrı ünvanlarda niyə fəaliyyət göstərməlidir.48 saylı notariat ofisinin rəhbərinin başqa həmkarlarından nəyi üstündür ki ona bu “şərait” yaradılıb? 48 saylı notariat ofisinin rəhbəri Səadət Hüseynov bir ofisdə əyləşdiyi halda digər ofislərdə notariat hərəkətlərini necə həyata keçirir? Bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə necə tənzimlənir?Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır?
15 noyabr 2018-ci il 1334-VQD nömrəli “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin imzaladağı sərəncamın 7-ci maddəsinin 7-ci bəndində deyilir:Qanunvericiliyin tələblərini dəfələrlə və kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda,Notariusun şəhadətnaməsi ləğv edilir, Xüsusi notariusun fəaliyyətinə xitam verilir.Bir ofisdə əyləşərək üç ayrı-ayrı ofisdə notariat hərəkəti aparmaq qanunvericiliyin tələblərinin pozulması deyilmi?Görəsən Ədliyyə naziri Fikrət Məmmədov bunlardan xəbərdadırmı?
Davamı var…
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.