Ermənistan baş nazirinin Qranadada ölkəmizin ərazi bütövlüyünü tanımaq haqqında bəyanata imza atması işğal altındakı Azərbaycan anklavlarının tezliklə qaytarılmasını sürətləndirəcək. Ermənistanın siyasi dairələrində də bunu anlayır və Paşinyanın həmin bəyanata imza atmasını ciddi tənqid edirlər. Baş nazirin bu addımını növbəti səhv kimi dəyərləndirən erməni siyasi ekspertlər Qranada sammitinin erməni dövlətçiliyinə ciddi zərbə vurduğunu bildirirlər.

araz.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib ki, hökumət danışıqlar aparmağa, erməni maraqlarını təmsil etməyə hazır deyil:

“Bu hakimiyyətlərin işində hansı manevrlərdən danışırıq? Hökumət özü manevr imkanlarını bağlayıb. Müxtəlif beynəlxalq platformalarda çıxış edərək yalnız birtərəfli güzəştlərdən, razılaşmalardan danışırdılar. Bununla da Ermənistan dövlətçiliyi təhlükə ilə üz-üzədir. Hakimiyyət ictimaiyyəti inandırmağa çalışır ki, anklav statuslu 8 kənd təhvil verilməlidir. Bəli, bununla da hakimiyyət anklavların təhvil verilməsinə nail olmağa çalışır və bunun müqabilində sülh vəd edir. Hakimiyyətin bunu saxta xəbər adlandırması ilə bağlı müşahidənizə müraciət edərək demək istərdim ki, bu hakimiyyətin lideri bir neçə ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Nikolun tanıdığı ərazilərə Qarabağ və anklavlar da daxildir. Artıq Qarabağ əldən getdi, növbə səkkiz kəndindir”. /konkret.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.