Bir neçə gün əvvəl Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.
araz.az xəbər verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib. Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.
E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı saytımıza təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Redaksiyamıza daxil olan iddiaaya görə Elməddin Əhmədov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qohumudur.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, o məmurların qohumu deyil: “Onlar mənim qohumum deyil, avara, fırıldaqçı adamlardı. Bütün bunlar mənim korrupsiyaya qarşı mübarizə apardığıma görədir. Belə məmurlar alaq otları kimidir. Onların pulları çoxdur deyə belə özbaşınalıqlar edirlər. Hal-hazırda müalicədəyəm. Qayıdanda bu məsələ ilə məşğul olacam. Mən istəmirəm ki, mənim adım belə adamlarla bir yerdə hallansın”7NEWS.az
araz.az xəbər portalı.
araz.az xəbər portalı.