Sumqayıt məktəbində Azərbaycanın milli qəhrəmanların şəkilləri zirzəmiyə atıldı – VİDEO
Sumqayıt şəhər 6 saylı orta məktəbin direktoru İradə Əliyeva Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkillərini zirzəmiyə atıdırıb. Bildirib ki, şəkillər məktəbin girişində görkəmi korlayır.
Sözügedən məktəbin müəllimləri və direktor müavini məsələyə etiraz ediblər. Nəticədə, direktor müavininin özü də işdən çıxarılıb. Məktəbin pedaqoji heyəti cari vəziyyəti çəkiliş apararaq videolentə köçürmüş və əyani göstərərək ölkə başçısına müraciət etmişlər.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Qəhrəman adına layiq görülən Vətən uğrunda canlarından keçmiş igid insanlara qarşı bu haqsızlığa münasibət bildirməsini Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş etmişlər.(ria24.az)
araz.az xəbər portalı.