Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Forumda iştirak və çıxış edib.
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, Oktyabrın 9-da İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu keçirilib.
Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Avropa Birliyində fəaliyyət göstərən diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.
“Westin Palace Hotel”də təşkil olunan forumda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberci, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, məşhur fotoqraf Reza Deqati, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və digər qonaqlar qatılıblar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirlməsinin məqsəd və məramlaırnı açıqlayıb.
Sonra Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov çıxış edərək qaçqınlıq məsələsinin bugünkü dünya üçün ciddi bir problemə çevrildiyindən bəhs edib.
Daha sonra millət vəkili Sabir Rüstəmxanlı çıxışında həqiqət kimi təbliğ edilən yalanların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyini təəssüflə bildirib.
Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib.
Tanınmış fotoqraf, Azərbaycan həqiqətlərin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatla qatılıb.
Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. “Qaçqınlar probleminə Avropa yanaşması: çağırıçlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” mövzusundakı birinci paneldə Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan çıxış etmiş, suallara cavab vermişlər.
“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün maoderatorluğunda baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərçıxış etmişlər.
Forumun sonunda azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.
Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.