IMG_5443-768x512-660x330.jpg

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirib.

Layihənin məqsədi Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatlarının geniş ictimaiyyətə çatdırılması və populyarlaşdırılması, HSŞ proseslərində iştirakçılığın artırılması, HSŞ prosesinə ictimai inamın və etimadın gücləndirilməsidir.

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi qeyd edilən layihə çərçivəsində Ağdaş, Göyçay Ağsu, Qobustan, Daşkəsən rayonlarında ictimaiyyətin məlumatlandırılması məqsədilə “Azərbaycanda Hasilat Sənayesində Şəffaflığın təmin olunması sistemi” mövzusunda İctimai mühazirə təşkil edib. Tədbirlərdə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə barədə məlumat verib. HSŞ proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb.

Layihə eksperti Xalid Kazımov isə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı” mövzusunda təqdimat edib. Mühazirədə iştitirakçılar üçün Azərbaycan hökumətinin hasilat sənayesində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib təqdimat edilib, onlarla fikir mübadiləsi aparılıb, rəyləri toplanılıb, onların sualları cavablandırılıb.

Ümumilikdə, ictimai mühazirələrdə yerli ictimaiyyətin 200 nəfərə yaxın iştirakçısı qatılıb.

araz.az xəbər portalı.