“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov məhkəməyə verilib.

araz.az olke.az-a istinadən  xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və Axundov İsfəndiyar Məhəmməd oğlu ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmədə maraqlı şəxs qismində Əmanətlərin Sığortalanmasi Fondu iştirak edir.

Hakim Zeynəb Axundova sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti
Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – ipoteka müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, İ. Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir.

“Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğlu, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev, ev məhəllə 2404-dür.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.