İsrailin Müstəqillik Bəyannaməsində “Yəhudi Dövlətinin spiritual banisi” şəklində müraciət edilən Teodor Hertsl 1896-cı ildə İstanbula səfər edir. O Sultan Əbdülhəmid xanının qəbuluna düşmək niyyəti ilə müraciət edir, lakin ona imtina edilir. O, Sultana yaxın olan polşalı Filip Nevlinski vasitəsilə ona təklif edir ki, dünyanın ən varlı yəhudilərinin təmsilçisi olaraq bura gəlib. Osmanlı dövlətinin Avropaya olan borclarını ödəmək, onların lobbiçilik işinin qurulması və Avropa mətbuatının birbaşa Sultana xidmət etməsini təklif edirlər. Əvəzində isə Fələstinə yəhudi açılımı edilsin, burda onlara torpaqlar istənilən qiymətə satılsın və kiçik bir muxtar dövlət qurmalarına izn verilsin. Sultan Əbdülhəmid buna kəskin etiraz edir. Nəinki borclara görə, istənilən məbləğ olsa belə Fələstində bir metr torpaq kiməsə verilməyəcək deyə cavab verir.
Teodor Hertsl belə kəskin cavab gözləmirdi və o polşalı dostuna deyir ki, əvvəl axır bura yəhudilərin olacaq. Onun bu sözü yəhidlərin ən sevdiyidir:
“ Türklər gün gələcək, dilənçi vəziyyətinə düşəcək və dizlərimə qapanıb yalvaracaqlar”
O Vyana şəhərinə geri dönür və bütün varlı yəhudiləri 29-30 avqust 1897-ci ildə İsveçrənin Bazel şəhərinə toplantıya dəvət edir. Ən varlı yəhudilərin iştirak etdiyi bu toplantı zamanı Fələstin torpaqlarında “Yəhudi Milli Yurdu” yaradılması üçün proqram qəbul edilir. Proqram üzrə hər bir varlı yəhudinin üzərində yalnız bir iş dururdu. Qiymətindən asılı olmayaraq bacardıqca daha çox torpaq satın almaq. İlk zamanlar böyük torpaq sahələri olan Fələstinlilər ikiqat qiymətinə özlərinə məxsus əraziləri yəhudilərə satmağa başlayırlar. Hər torpaq rəsmi satış yolu ilə alındıqca ora yəhudi ailələri köçürülməyə başlanılır. Say artıqca Əbdülhəmid buna qarşı 1883-cü ildə ciddi qərarlar qəbul edir:
1) Yəhudi millətindən olan şəxslərə torpaq satılmasın
2) Xəzinədən Fələstinlərdən torpaq alınıb türklərin adına rəsmiləşməsi üçün pul ayrılsın.
3)Bu torpaqlara yəhudilər köçüb yaşamaq hüququ verilmir və Fələstinə gələn hər bir yəhudi 3 aydan artıq burada qala bilməzdi.
Yəhidlər bu qərardan sonra aşağıdakı addımları atırlar
1) Pula həris fələstinli adına torpaqları sənədləşdirdilər
2) Britaniya, Almaniya və Avstriya vətəndaşlığı alıb buranın pasportu ilə torpaq satın almağa başladılar.
Lakin Sultan bundan xəbər tutub istənilən ölkə vətəndaşı olmasından asılı olmayaraq heç kimə bu torpaqlarda ərazi və mülk alınmasını qadağan edən qərar verir. Eyni zamanda bütün Osmanlı ərazisində fəaliyyət göstərən səfirliklərə diplomatik nota göndərib yəhudi əsilli şəxslərə viza verilməyəcəyini bəyan edirlər.
Yəhudilər artıq kifayət qədər torpaq fələstinlilərdən almış idilər. Hər bir fələstinli qızıl pul hesabına nəinki torpağını, evini belə satmağa hazır idi.
Yəhudilər Əbdülhəmid xanın bu qətiyyətini görüb ona qarşı müxalifəti maliyyələşdirilməsinə başladılar. Həm Osmanlı ərazisində, həm də torpaqlarını aldıqları fələstinlilər içərisində.
Lakin buna zaman lazım idi, yəhudilərin isə bu vaxtı yox idi. Onlar yenə Emmanuel Carasso adı gənc türklər hərəkatında böyük nüfuza malik şəxsi Əbdülhəmid xanın yanına yeni təkliflə göndərirlər. 20 milyon pul və Avropa dövlətlərinə olan borcun silinməsi. Lakin Sultan yenə yox cavabı verir.
Teodor Hertsl Osmanlı sarayında böyük pullar hesabına özünə tərəfdar toplayır və zamanla onlar üzərində olan qadağaları aradan götürülməsinə nail olur.
Sonra isə
Əbdülhəmid xan hakimiyyətdən uzaqlaşdırılır və 1908—1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş İttihad və Tərəqqi partiyası Sultanın yəhudilərlə bağlı bütün qərarlarını ləğv etdilər. Nəticədə gələcək yəhudi dövlətinin ilk şəhəri Tel Əviv 1300 ev və 1500 nəfərdən ibarət şəxslə salındı. Bununla da Fələstində yəhudilərin ilk böyük uğuru əldə edildi. Fələstində yəhudilərin pulu, ingilislərin silahı ilə onların qarantı olacaq türklər burdan uzaqlaşdırıldı.
Bu yazımda Osmanlılar və türklərin Fələstin torpaqlarından çıxarılmasını ətraflı yazmışam .
https://axar.az/news/layiheler/792554.html
11 dekabr 1917-ci ildə Britaniya generalı Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərinə daxil olan kimi Səlahəddin Əyyubinin məzarına getmiş və demişdi
“Qalx və gör, səlib yürüşü bitdi. Biz geri döndük və şəhər bizimdir”
Bu torpaqlarda yəhudilərin dövlət qurumasının bir neçə səbəbi olub.
1) fələstinlilərin qızıla və pula hərisliyi
2) yəhudilərin çoxlu pulunun olması
3) ingilislərin Səlahəddinə qarşı kinlərinin qalması
4) Osmanlıların bu torpaqlardan uzaqlaşdırılması
Bir sözlə fələstinlilər bu torpaqları yəhudilərə satdılar. İndi də onun əzabını çəkirlər…..
Eyni zamanda İttihad və Tərəqqi partiyasının da pula satıldıqlarını unutmayaq
Sultan II Əbdülhəmid özü də qeyd edirdi ki, bir gün tarixçilər haqqımı verəcəklər, türk tarixçilər bunu etməsələr də, mütləq xaricdəki tarixçilər bunu edəcəklər sözünü də unutmayaq
Fələstinlilərin pula hərisliyi və yəhudilərin pullu olması bu gün bitməyən savaşın əsl səbəbidir
Sultan Əbdülhəmid xanın qədrini bilməyən fələstin ərəbləri onu çox axtaracaq hələ..
Son olaraq dünyanın ən nəhəng simalarından biri Otto fon Bismarkın bu sözünü yazıram
Dünyada 100 qram ağıl var. Onun 90 qramı Əbdülhəmiddə, 5 qramı məndə, digər 5 qramı isə başqa siyasət adamlarındadır.
Zaur ALİYEV,
dosent
araz.az xəbər portalı.