araz.az xəbər verir ki, tanınmış jurnalist Həbibə Abdulla `Azərlotoreya`-da keçirilən tədbirə belə reaksiya verib:
“Azerlotereyanın maraqlı PR mexanizmi var: jurnalistləri çağırıblar bu gün tədbirə, sonra da deyiblər ki, bu tədbiri kim yaxşı PR eləsə, gələn tədbirə onu da çağıracağıq. Sizi bilmirəm, iri şirkətlərin belə xırda hərəkətləri məni yaman hirsləndirir. Deməli, jurnalistin peşəkarlığı, araşdırmaq, yazmaq bacarığı yox, PR etmək bacarığı əsas götürülür. Daha onda camaatı niyə işindən-gücündən edirsiz ki? Çağırın blogerləri sizi reklam eləsinlər da. Yoxsa bu tədbirləri üzünüzə ələk kimi tutursuz?!”
araz.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.