Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 38-40 ünvanında yaşıllıq ərazi və çoxillik ağacıar məhv edilmək üzrədir.
araz.az xəbər verir ki, Tribunainfo.az-a bu barədə sakinlər yazıb. Onlar bildirib ki, ərazidəki köhnə tikili sökülür. Yerində çoxmərtəbəli bina tikiləcəyi deyilir. Sakinlər qeyd edir ki, ağac çox olduğundan böyük ehtimal ki, hamısı kəsiləcək. Sakinlər vaxtında tədbir görülməsini istəyir. Aidiyyəti qurumlardan bu ağacların nəzarətə alınması və qorunmasını təmin etmək xahiş olunur.
Sakinlər bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verdiklərini bildiriblər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.