2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 923 manat təşkil edib.
araz.az Axar.az-a istinadən xəbər verir ki, əmək haqqı neft-qaz sektorunda 3526,1 manat, qeyri neft-qaz sektorunda 873,2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 885,5 manat, özəl müəssisələrdə isə 964,1 manat olub.
2023-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5244,5 min nəfər olub, onlardan 4957,1 min nəfərini məşğul əhali təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,6 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 887,7 min nəfər, qeyri-dövlət sektorunda isə 818,9 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.