telebe

Son illər istər sosial şəbəkələrdə, istər tələbələr tərəfindən bildirilən şikayətlərdə bir çox ali təhsil müəssisələrində təhsilhaqqını ödəməkdə çətinlik çəkən tələbələrin olduğu bildirilir.

Təbii ki, bir tərəfdə öz ödənişini tələb edən müəssisə, digər tərəfdə maddi imkanları zəif olduğu üçün tələb olunan vəsaiti ödəyə bilməyən tələbə olduqda ortaq qərar vermək asan deyil.

Bəziləri ali təhsilin pulsuz olmasının tərəfdarıdır. Bəs bu Azərbaycan reallığında mümkündürmü?

araz.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda ölkədə ödənişsiz ali təhsilin əlçatan olduğunu bildirib:

“Hazırda Azərbaycanda ali təhsil tamamilə pulsuzdur. Rəqəmlər üzərindən baxsaq, 2019-cu ilə qədər ali təhsil müəssisələrinin qəbul plan yerində cəmi 12 min dövlət sifarişi üzrə pulsuz yer var idi. Amma 2023-ci ildə bu rəqəm 28 min oldu.

Təhsil müəssisələrindən bu il 55 800- 56000 minə kimi yer var idi və bunlardan 52%-i dövlət sifarişli idi. Bu il 1-ci ixtisas qrup üzərin 200 balla pulsuz ixtisaslara qəbul olmaq mümkün olubdur.

Məsələn, Gəncə Aqrar Universitetində 188-190 balla pulsuz təhsil alan tələbələr vardı.

Bundan da aşağı pulsuz təhsil olmayacaq ki!

Əlavə olaraq 2, 3 həmçinin 4-cü ixtisas qrupu üzrə 200, 230 balla təhsil alan tələbələr vardır.

Məsələn, 1-ci ixtisas qruplarında özəl universitetlərdə 203 balla ödənişsiz təhsil alan tələbələr vardı.

Bundan da aşağı biliyə malik olan insanların təhsil haqqını dövlət ödəməli deyil…

Yəni Azərbaycanın təhsil müəssisələrində ali təhsilin əlçatanlığı təmin olunub və hər il də mütəmadi olaraq say artırılır”.

Ekspert növbəti illərdə dövlət sifarişli plan yerlərinin daha da artırılacağını açıqlayıb:

“Bu il tələbələrin 52 faizə qədəri ödənişsiz təhsil alır. Bundan əlavə ödənişli əsaslarla təhsil alan tələbələr var ki, onlar ödənişli olsalar da aztəminatlı ailələr, məcburi köçkün, şəhid ailələrini təmsil etdiləri üçün ödəniş etmirlər.

Növbəti illərdə plan yerləri 60 minə çatacaq. “Bu mütəxəssislərin sayının azalmasına səbəb olacaq” fikri isə tamamilə yanlışdır. Mütəxəssislər imtahan balları ilə yetişmirlər, onlar ali məktəblərdə yetişirlər. Qıbul imtahanı zamanı toplanan bal isə sadəcə ixtisas seçimi üçündür. Bu vaxt abituriyentlər ixtisaslarını seçirlər və 4 il təhsil müddətində mütəxəssisə çevrilirlər”. /KONKRET.az /

araz.az xəbər portalı.

araz.az xəbər portalı.