vuqar5.jpg
“Mənzil bazarında qiymətləri birbaşa tələbin dəyişməsi müəyyənləşdirir. Son illərdə ölkədə mənzillərə olan tələbin artması müşahidə edilir. Təbii ki, bu da daşınmaz əmlakın qiymətinin artımasına səbəb olur. Tək köhnə binalar deyil, təzə binalarda da qiymət artımı müşahidə olunur”.
 
araz.az xəbər verir ki, bu sözləri Bakupost.az -a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.
 
O bildirib ki, ölkədə mənzillərə tələbin artmasına səbəb olan amillər var:
“Məsələn, Rusiya-Ukrayna müharibəsi bütövlükdə regionda mənzillərə tələbin artmasına gətirib çıxarıb. Bu da daşınmaz əmlak qiymətlərinin yüksəlməsinə səbəb olub. 2022-ci illə müqayisədə qiymət artımları səngisə də, 2023-cü ilin geridə qalan aylarında mənzil bazarında qiymət artımları müşahidə olunub”.
 
Millət vəkili hesab edir ki, tikinti materiallarının uzun müddət qiymətinin aşağı olması mənzil bazarına, eləcə də mənzillərin qiymətlərinə təsir göstərə bilər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.