Lids Universitetinin elm adamları Antarktidadakı buz şelfinin son 25 ildə 40 faizdən çox azaldığını müəyyən ediblər. Eyni zamanda, itirilmiş buzlaq kütləsinin demək olar ki, yarısında heç bir bərpa əlaməti yoxdur.

araz.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır.

Elm adamları Antarktidada dünyanın qalan hissəsinə mənfi təsir göstərə biləcək buz şelfinin vəziyyətini təhlil etmək üçün kosmosdan çəkilmiş 100 000-dən çox şəkli nəzərdən keçiriblər.

Hesablamalara görə, 1997-2021-ci illər arasında Antarktidanın qərbində 67 trilyon, şərqində isə 59 trilyon ton buz itirilib.

“Buz şelfində durumun pisləşməsi ilə əlaqədar mürəkkəb mənzərə yaranıb, bu, Antarktida ətrafındakı okean temperaturu və axınlarla əlaqələndirilir. Qərb hissəsi buz şelfini yuyan isti suya məruz qalır, şərq hissəsi sahildəki soyuq su zolağı ilə isti sudan qorunur”, – tədqiqatın rəhbəri Benjamin Devison deyir.

Elm adamları hesab edirlər ki, buz itkisi iqlim böhranının nəticəsidir, buzun bərpası təbii dəyişiklik dövrünün bir hissəsi olsaydı, daha önəmli olardı.

“Əksər buz şelflərinin sürətli, amma qısamüddətli ərimə dövrlərindən keçəcəyini və ardınca yavaş bərpa olunacağını gözləyirdik. Bunun əvəzinə, təxminən yarısının heç bir bərpa əlaməti olmadan azaldığını görürük”, – Devison bildirir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.