taxi taksi

“Taksi şirkətləri qanunun tələblərinə uyğun olaraq qeydiyyatdan keçməli və qanuni fəaliyyət göstərməlidirlər. Özbaşınalığa son qoyulmalıdır”.

araz.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılmasından danışarkən deyib.

O bildirib ki, qərara əsasən, bütün taksi taksi şirkətləri qarşısına tələb qoyulub:

“Onların hamısı qeydiyyatdan keçməli, taksi operatoru kimi rəsmi faəliyyət göstərməlidirlər. Əks halda 40 min manat cərimə nəzərdə tutulur”.

Elməddin Muradlı qeyd edib ki, qanunun tələblərinə riayyət etməyən şirkətləri 3 min manatdan 40 min manata kimi cərimə gözləyir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.