turalgenceliyev12
Məlumdur ki, cənab Prezident İlham Əliyev Xankəndi, Xocalı və digər ərazilərdə şanlı bayrağımızı ucaltdı. Bu çox önəmli bir hadisə idi. Hər kəsi səmimi qəlbdən təbrik edirəm.

araz.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, 20 il öncə cənab Prezident İlham Əliyev Azərbaycan prezidenti seçilərkən verdiyi sözü tutdu.
“Cənab İlham Əliyev ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü. Biz buna heç vaxt tərəddüd etmirdik. Sosial şəbəkələrdə çıxışlarımızda da qeyd edirdik ki, Xankəndi və Xocalıya geri dönəcəyik. Bəziləri bu sözlərə görə bizim çıxışlarımıza lağ edirdilər. İndi o insanlara salamlarımı çatdırıram. Biz bir anlıq belə liderimizə tərəddüd etmirdik”, – deyə deputat bildirib.
O qeyd edib ki, Xankəndidə şanlı bayrağın qaldırılması iki mühüm hadisə ili üst-üstə düşdü.
“Birincisi ulu öndərin anadan olmasının 100 illiyi ilə bağlıdır. İkincisi isə Qarabağda süni Qarabağ bölgəsi yaradaraq Xankəndinin adının süni şəkildə dəyişdirilməsi ilə bağlıdır. Cənab Prezident bu qara qüvvələrə öz yerini göstərdi. Xankəndinin millət vəkili olaraq çox qürur duyuram”, – deyə deputat əlavə edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.