İsrail ordusunun raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurması nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir.

araz.az xəbər verir ki, “Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb.

Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib.

Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.

***22:20

İsrail qüvvələrinin bombardmanı Qəzzada bir xəstəxanaya tuş gəlib.

araz.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, 300-dən çox insan ölüb, xeyli yaralı var.

Qeyd edək ki, Qəzzadan da İsrailin bir neçə şəhərinə eyni vaxtda raket zərbələri endirilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.