Azərbaycan gəncləri daimi yaşamaq üçün əsasən Rusiyaya üz tuturlar.

araz.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində 295 gənc xaricə daimi yaşamaq üçün gedib.

Xaricə gedən gənclərin böyük hissəsini qadınlar təşkil edib. Ötən bir ildə 189 gənc qadın daimi yaşamaq üçün Azərbaycanı tərk edib.

Azərbaycandan gedən gənclərin 187-si MDB ölkələrində, o cümlədən 129-u Rusiyada məskunlaşıb.

Türkiyə gənclərin daha çox üz tutduğu ikinci ölkədir. Bura bir ildə 45 gənc gedib.

Adıçəkilən ölkələrlə yanaşı Qazaxıstana (22 gənc), Özbəkistana (17 gənc), Gürcüstana (16 gənc), Türkmənistana (13 gənc) gedən gənclər də çoxdur. /Turkustan.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.