“Vətəndaşların Ali Məhkəməyə müraciət imkanları çox genişdir, əlçatanlıq təmin olunub”.
araz.az xəbər verir ki, bunu Ali Məhkəmənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanov deyib.
O bildirib ki, vətəndaşlar müraciətlərini yazılı, o cümlədən elektron qaydada və çağrı mərkəzi vasitəsilə şifahi qaydada edə bilərlər.
Ş.Qəhrəmanov qeyd edib ki, məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə daha bir yeniliyə imza atılıb. Belə ki, Ali Məhkəmənin icraatında olan iş materialları ilə tanış olmaq üçün elektron qaydada müraciət imkanı yaradılıb.
“Məqsəd iş üzrə tərəflərin prosessual hüquqlarını təmin etməkdir. Vətəndaşlar onlayn qaydada müraciət edərək iş materialları ilə tanış olmaq üçün gün və saatı əvvəlcədən seçirlər. Daha sonra müəyyən etdikləri vaxtda Ali Məhkəməyə gələrək iş materialları ilə tanış ola bilərlər. Bu yenilik onların rahatlığı üçün nəzərə tutulub. Biz istərdik ki, həm vəkillər, həm tərəflər bu qaydada müraciət etsinlər ki, sonra gəlib məhkəmədə gözləməli olmasınlar”, – şöbə rəisi deyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.