Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd – “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi”, eləcə də “Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə” dövlət rüsumları ödənilməklə veriləcək.

Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

araz.az xəbər verir ki, sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.

Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, “Heyətin tərkibi haqqında Şəhadətnamə”nin əvəzinə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”, “Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamə”nin əvəzinə “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” haqqında Şəhadətnamə”, “Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə”nin əvəzinə “Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə”, “Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı”nın əvəzinə “Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi” olacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.