corab66

Alimlər yatarkən corabda olmağın yuxuda orqanizmə faydasını araşdırıb.

araz.az medicina.az-a istinadən xəbər verir ki, yuxuda olarkən insan hərəkətsiz və şaquli olduğundan aşağı ətraflara qan dövranı zəifləyir. Onsuz da ürək qan damar sistemi zəif olan insanlarda ayaqlar soyuyur.

Alimlər hesab edir ki, yaxşı, keyfiyyətli yuxunun sirri isti ayaqlardadır.

Tədqiqatçılar görüb ki, ayağında yun, yumşaq corab olan böyük yaşlı insanlar daha tez yuxuya gedir, dərin yatır və səhər yaxşı oyanır.

Corabla dabanların isti saxlanılması ayaqlarda qan damarlarının genişlənməsinə səbəb olur. Bu zaman istilik çıxır, daxili temperatur düşür və bu yatmaq vaxtıdır siqnalıdır.

İnsanın daxili temperaturunu bioloji saat və çirkad ritmlər tənzimləyir. Çirkad ritm insanın yuxusuna nəzarət edir, onun rahat yatıb, gümrah oyanmasına cavabdehdir.

Yatanda ayaqları donan insanlarda digər orqanlar qaraciyər, öd və s. əziyyət çəkir.

Bir şərtlə ki, corablarınız təmiz yundan olsun.

Eləcə də yatmazdan əvvəl ayaqları isti vanna etmək də eyni təsiri göstərir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.