araz.az siam.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı bölgələrdəki idarələrində müşahidə olunan özbaşınalıqlar artıq bir ənənə halını alıb. Hər halda görünəni budur və acınacaqlı həmm də odur ki, ortalıqdakı ifşa faktlarının bolluğuna rəğmən aidiyyatı üzrə rəhbər qurumlar tədbir görməyə, nöqsanları aradan qaldırmağa maraqlı və həvəsli görünmürlər.
Hə bəzən elə olur ki, bu barədə vətəndaş gileylərini ictimailəşdirən KİV-lərin özləri açıq şəkildə hədələnir. Elə bir müddət əvvəl DİA.AZ olaraq eyni şəkildə hücuma məruz qalmışdıq…
Bu dəfə isə şikayətçi Göyçay rayon sakini Kamil Həsən oğlu BDYPİ-nin Yevlax Regional Qeydiyyat-İmtahan Baxış Şöbəsindən giley edir.
Narazı vətəndaş iddia edir ki, ondan dövlət rüsumunun əvəzinə əlavə vəsait istənilib.
Daha ətraflı aşağıdakı videoda:
araz.az xəbər portalı.