Dietoloq və həkim Coş Aks sarıkökün faydaları və bu ədviyyatın köməyilə səhhəti yaxşılaşdırmağın beş üsulunu açıqlayıb.

araz.az bildirir ki, bu barədə Daily Express yazır.

Sarıkök faydalı xüsusiyyətlərini tərkibindəki əsas təsiredici maddə olan kurkumindən alır. Həkim hesab edir ki, ədviyyat həm toz, həm məcun, həm də həb halında eyni cür yararlıdır. Onun müalicəvi xüsusiyyətləri damarlara, dəriyə, psixikaya, xarici görünüşə fayda verir.

Aks deyir ki, sarıkök trombozun profilaktikasında əla işə yarayır. Ondan müntəzəm istifadə orqanizmi trombozlardan qoruyur. Laboratoriya sınaqları və heyvanlar üzərində müşahidələr sarıkökün trombositlərin aqreqasiyasının – bir-birilə birləşməsinin qarşısını aldığını sübut edib. Diabeti olanlar sarıkök istifadə etdikdə qanda şəkərin qəfil artmasından canları qurtarır. Təbii iltihabəleyhinə və antioksidant vasitə olan sarıkök bəzi dəri xəstəliklərində yardım edir, sağlam dəriyə isə parıltı bəxş edir. Bunun üçün tərkibində sarıkök olan maskalardan yararlanmaq lazımdır.

Xolesterin nəzarətdən çıxmasın deyə dietoloq sarıkökdən daha çox istifadəni tövsiyə edir: ədviyyat “yaxşı” xolesterolu tənzimləyir, “pis” xolesterolun izafi hissəsini isə orqanizmdın xaric edir. Bundan başqa, sarıkök təbii ağrıkəsicidir. Artriti olan pasiyentlər rasionlarına sarıkök əlavə etdikdən sonra simptomların azaldığını qeyd ediblər./Sputnik Azərbaycan /

araz.az xəbər portalı.

araz.az xəbər portalı.