“Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək”.
araz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu yaxınlarda genişmiqyaslı yol infrastrukturunun inşası prosesinə başlanılacaq. Onun sözlərinə görə, sosial obyektlərin tikintisi prosesi davam etdirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.