“Tərəfindən asılı olmayaraq, mülki hədəflərə edilən hər cür hücumu qəti şəkildə rədd edir və təbii olaraq pisləyirik”.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçünün müavini Aleksey Zaytsev fələstinlilərin sığındığı Qəzzadakı tarixi Yunan Pravoslav Kilsəsinə İsrailin hücumu barədə suala cavabda deyib.
ABŞ və Böyük Britaniyanın bölgədəki hərbi varlığının artmasına toxunan Zaytsev bildirib ki, bu, təbii olaraq münaqişənin genişlənmə riskini də böyüdür: “Bu, sülhə xidmət etmir. Əksinə, vəziyyəti daha da ağırlaşdırır . Rəsmi Moskva olaraq, biz Fələstin-İsrail probleminin siyasi və diplomatik həllinin tərəfdarıyıq. Bunun daimi həll yolu isə bölgədə ki dövlətli həll yoludur. Yəni, artıq Fələstin dövlətinin yaradılmasına imkan tanınmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.