“Azərbaycan və Türkiyənin növbəti hədəfi Zəngəzur dəhlizidir”.

araz.az xəbər verir ki, bunu rusiyalı rusiyalı tarixçi, siyasi ekspert Modest Kolerov deyib.

“Son hadisələrə qədər Sünikin (Zəngəzur) əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orada bir neçə “qaçqın” (Qarabağdan gələnlər) məskunlaşıb. Amma onlar müxtəlif yerlərdə yaşayacaqlar, ona görə də bölgə əhalinin azalması ehtimalı yüksəkdir”, – tarixçi bildirib.

Bakının Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında İran üzərindən yaratmağa hazır olduğu barədə bəyanatlarına gəlincə, Kolerovun fikrincə, bu əlaqə artıq qurulur.

“Sünikdən danışırıqsa, söhbət onun rəsmi statusundan asılı olmayaraq konkret nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, amma texniki xarakter daşıyacaq. Bakı və Ankara isə Sünikdən birbaşa yol çəkməyə çalışacaq”, – tarixçi vurğulayıb.

Onun iddiasına görə, anklavlar əhəmiyyətinə baxmayaraq, kiçik, prinsipsiz, texniki məsələdir və heç kim bunların üstündə bazarlıq etməyəcək:

“Ermənistan indi danışıqlar aparacaq vəziyyətdə deyil. Onunla heç kim bazarlıq etməyəcək.

Rusiyaya gəlincə, Qafqazda öz məsuliyyət sahəsini müəyyənləşdirib, rus sülhməramlılarının mövcudluğu azalıb, gedəcəklər.

Rusiyanın Cənubi Qafqazdakı məsuliyyət zonası Abxaziya və Cənubi Osetiya ilə məhdudlaşacaq”.

Tarixçinin fikrincə, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

“İranın şimal sərhədi məsələsi bütünlüklə onun yurisdiksiyasında qalacaq və heç bir Fransa heç bir halda kömək etməyəcək”. /Teleqraf.com /

araz.az xəbər portalı.

araz.az xəbər portalı.