“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində son iki ev oyununun biletləri artıq satışdadır.
Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 25 oktyabrda Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.
Noyabrın 29-u Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN-dir.
Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.
Qeyd edək ki, “Qarabağ”ın “Vorskla” və “Sportinq”lə ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:55-də başlayacaq
araz.az xəbər portalı.