semsi55

Tanınmış iş adamı Şəmsi Səmədzadə bu günlərdə yayılan intim görüntüləri ilə bağlı səs yazısı yayıb.

araz.az xəbər verir ki, səs yazısında iş adamı sözügedən videonu “bütün kişilərə qarşı təxribat” adlandırıb:

“Bu, insanlara çörək verən kişilərə qarşı şərəfsizlikdir. Allah qoysa, başda qardaşlarımız olmaq şərti ilə dövlətin ləyaqətli adamları ilə bu oyunları quranları ortaya çıxaracağıq. Şəmsi Səmədoğlunu kimsə çəkəcək, mən də manqurt-manqurt ona baxacağammı? Onu 40 min yerə bölərdim. Məni tanıyanlar bilir ki, Şəmsi ilə oyun oynamaq olmaz. Hər kəs öz haqqını alacaq. Sizdən tək xahişim odur ki, əlinizi it qanına bulamayın”.

O, eyni zamanda bu videodan sonra ona dəstək verənlərə minnətdarlığını bildirib və qeyd edib ki, kişiləri qorumağın vaxtıdır:

“Düz deyirsiniz, ayağa qalxmağın vaxtıdır. Əgər kişilərin haqqı qorunmursa, onda bizim yaşamağa haqqımız yoxdur”.

araz.az xəbər portalı.