Milli Məclisin deputatları Əziz Ələkbərov və Hikmət Məmmədov “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün oktyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən araz.az-a bildiriblər ki, tədbir Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya dair məruzə ilə çıxış edəcək. Deputat tədbir iştirakçılarına Azərbaycan həqiqətləri barədə məlumat verəcək.

Səfər oktyabrın 25-də başa çatacaq.

araz.az xəbər portalı.