erdogan (1).jpg

Oktyabrın 21-də Misirin paytaxtı Qahirədə Beynəlxalq Qəzza Sülh Sammiti keçiriləcək.

araz.az xəbər verir ki, Misirin “Əl-Masri Əl-Youm” nəşri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyini yazıb.

Məsələ ilə Türkiyədən heç bir rəsmi açıqlama verilməyib.

Sammitə Türkiyə lideri ilə yanaşı, BMT baş katibi, Qətər, Yunanıstan, Fələstin, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, İtaliya və Cənubi Kipr liderlərinin də qatılacağı bildirilib.

Sülh sammiti bundan əvvəl planlaşdırılmış ABŞ – Misir – Fələstin-İordaniya dördtərəfli görüşünün ləğvindən sonra qəbul edilib.

araz.az xəbər portalı.