Qırxbuğum müalicəvi bitkilərdən biridir. Ona yolotu, xarmanotu da deyirlər. Qırxbuğum dünyanın bir çox ölkələrində yabanı halda yayılıb. Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.

araz.az qırxbuğum sağlamlığa qarşı faydalarını təqdim edir:

Elmi, praktiki, eksperimental Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, böyrək daşlarının müalicəsi, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur.

Antioksidant, antihelmint-qurdqovucu, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şüalanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.

Qırxbuğum sidikqovucu bitki kimi hələ çoxdandır ki, elmi təbabətə və xalq təbabətinə məlumdur.

Bu bitkidən, həmçinin vərəm xəstəliyinin, daxili qanaxmalar, yüksək qan təzyiqi kimi xəstəliklərin müalicəsi barədə bir çox mənbələrdə geniş məlumatlar verilib.  /Sağlamolun/

araz.az xəbər portalı.