Xankəndidə ilk cərrahi əməliyyat edilib.
araz.az xəbər verir ki, bu barədə Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Belə ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndindəki tibb müəssisəsinə müraciət edib.
Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.
Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Atatürk Səlim oğlu Tağızadə ambulator müalicə üçün artıq evə buraxılıb.
Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.
araz.az xəbər portalı.