suriya-uşaq.jpg

Suriya İnsan Haqları Təşkilatı Suriyada baş verən döyüşlərdə 27989 nəfər uşağın öldürüldüyünü açıqlayıb.

Araz.az xəbər verir ki, aparılan araşdırmanın nəticələrinə görə, ABŞ və müttəfiqi PKK Suriyada 1018 uşağı öldürüb.

Hesabatda ən çox uşağın Rusiya, İran və Əsəd rejimi tərəfindən öldürüldüyü bildirilir. Yayılan rəqəmlərə görə, 22363 uşaq Əsəd rejimi və İran dəstəkli şiə milisləri tərəfindən qətlə yetirilib. 1804 uşaq isə Rusiya tərəfindən öldürülüb.

Hesabatda ABŞ və müttəfiqi PKK -nın isə 1018 uşaq öldürdüyü açıqlanıb.

Təşkilat tərəfindən nəşr olunan rəqəmlərin yalnız qeydiyyata alınan ölüm sayı olduğu bildirilir. Gerçək rəqəmin isə daha çox olduğu güman edilir.

 (Avropa.info)

araz.az xəbər portalı.