“Ey sadəlövh insanlar, məğlubiyyətimizin səbəbi silahsızlıq deyil”.
araz.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının üzvü Eduard Şarmazanov Facebook-da yazıb.
“Nikolun (Paşinyan – red.) əlində nüvə silahı olsa belə, o uduzacaq.
Sensasiya… Fransa və Hindistan Ermənistana silah satmağa hazırdır.
Sadəlövh adamlarsınız, məğlub olmağımızın səbəbi silahsızlıq deyildi.
O qədər silah-sursatımız var idi ki, 4-5 milyard dollarlıq silahı İlham Əliyevə verdilər və 40 dəqiqə Bakı paradında nümayiş etdirildi.
Qarabağda o qədər silah var idi ki, Əliyev 2 ay fikirləşdi ki, ermənilər bu qədər silahı haradan alıblar.
Məğlubiyyətimizin səbəbi səhlənkar, nadan, populist və demaqoq idarəçilik, nikolizim oldu.
Xalqımızın rüsvayçı fəlakətinin səbəbi nikolizimdir.
Mənə inanın. Əgər Nikolun başçılıq etdiyi Ermənistanın nüvə silahı olsa belə, biz uduzacağıq. Çünki bu silah Nikol və onun dəstəsinin əlində “Troya atı”na çevriləcək”, – Şarmazanov qeyd edib. /Yenicag.az/
araz.az xəbər portalı.