Astara təhsilində qəribə hadisələrin baş verməsi göz önündədir. Belə ki, son bir ay ərzində, rayon təhsilinə cavabdeh ən səlahiyyətli iki şəxs istefaya gedib. Elə, Astaranın Gənc Alimləri qurumundan araz.az-a daxil olan məlumat da, bu barədədir. Bu məlumata görə, öncə, sentyabr ayında Astara Təhsil Sektorunun müdiri Ülviyyə Əliyevə şok bir halda vəzifəsindən gedib. Onun yeri dolmamış isə, Lənkəran — Astara regional təhsilinə müdirlik edən Elxan Nəcəfov da, ani bir şəkildə, ortadan yoxa çıxıb.
Hər iki şəxsin, mövcud vəzifələrində cəmi bir il qaldıqlarını və getdikləri yeni vəzifələrin, daha az cəlbedici olduğunu nəzərə alanda, bu gedişlər, aydın şəkildə, qeyri-iradi və məcburi olduğu anlamını verir. Konkret götürsək, elə, Elxan Nəcəfoun getdiyi vəzifə Naxçıxandadır, həm də, kiçik və büdcəsi məhdud bir yerdir. Orada, təhsil nazirinin müavini olmaq, demək olar ki, Azərbaycanda “regional qurumda müavin” olmaq kimi bir şeydir. Yaxud da, Astarada sektor müdiri olmuş Ülviyyə Əliyevanın getdiyi yeni vəzifə — icrada müavinlik də, ictimai dairədə, faktiki olaraq, ikinci dərəcəli və aşağı bir vəzifə hesab olunur.
Onda, görəsən, bu şok gedişlərin, qeybolmaların səbəbi nədir?! Bəs, nədən, Elxan Nəcəfov dərs ilinin ortasında, öz işçilərini və minlərlə təhsilverəni tək buraxıb, hər şeyi “tərsə-mayallaq qoyub”?! Onun nədən qaçması müəmma yaratmırmı?!
Xatırladaq ki, cəmi 3 ay öncə, “Astaranın Gənc Alimləri”nin nümayəndəsi Emin Mirzəli mediaya verdiyi müsahibədə Elxan Nəcəfovun işdən getməyə məcbur qalacağını demişdi. Daha öncə, Astaranın təhsil müdiri Rəşad Həsənovun aqibətini belə doğru proqnozlaşdıran ekspert, bu dəfə də, yanılmadı!
Emin Mirzəlinin məsələyə reaksiyası maraqlı oldu:
“Elxan Nəcəfovun gedişi surpriz olmadı. Yadınızdadırsa, biz bu ilin iyul ayında verdiyimiz müsahibədə, Elxan Nəcəfovun tezliklə qaçmaq məcburiyyətində qalacağını demişdik. Bəli, elm, yenə də gücünü sübut etdi və alimlər qalib gəldi! Biz, Elxan Nəcəfova, son dəfə xəbərdarlıq edib, ona payıza qədər vaxt vermişdik. Konkret olaraq, onun qarşısında, rayonumuzdakı 3 böhranlı məsələni qaldırmışdıq: Birinci, şəhər 6 saylı məktəbinin qalmaqallı direktoru Ülviyyə Bayramova barədə ciddi tədbir görməyi; İkinci, məktəbin mafioz direktorunu nəhayət işdən qovmağı; Üçüncü, təhsil sektorunun məsləhətçisi, biabırçı videolarla təhsil mühitini korlayan Elçin Mirəzadəyə də, eyni aqibəti yaşatmağı.
Əlbəttə, Elxan Nəcəfov, görünür ki, onlardan çoxlu pul aldığı üçün, ya da kimlərsə tərəfindən tapşırıldıqları üçün, bu ləyaqətsiz şəxslərlə bağlı tədbir görmədi. Buna görə də, biz avqust ayında LARTİ-yə və qurum rəhbərinə ciddi mesaj göndərdik: Payızda “savaşa” hazır olun! Əlbəttə, bu “savaş”da uzun müddət dirənə bilməyəcəklərini və əllərindəkini də, itirib biabır olacaqlarını gördülər. Elxan Nəcəfov təslim olub, “aradan çıxdı”. Onlar, bizim gənc alim, şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevi məhkəmə vasitəsilə əngəlləyəcəklərini düşündülər, lakin orda da, umduqlarını əldə edə bilmədilər. Daşqın bəy o məktəbə bərpa olundu və bu isə, faktiki olaraq, onlar üçün “troya atı” demək idi. Bir şeyi deyək ki, E. Nəcəfov dürüst birisi deyildi, amma öncəki müdir Rəşad Həsənovdan fərqli olaraq, “helmli” olduğu üçün, vəziyyətin nə qədər çətin olduğunu anlayıb, “canını” vaxtında qurtardı.
Lakin, hər halda adı, saytlarda hallandığına görə, Təhsil Nazirliyində yenidən işə düzəlməsi çox çətin idi və məcbur qalıb, uzaq Naxçıxana üz tutdu. Bu, onun üçün sürgün kimi bir şeydir.
Ülviyyə Əliyevaya gəlincə, onun da, getməsi, sözün həqiqi mənasında, məcburiyyətdən oldu. Əgər bilsəydi ki, Astarada bu qədər ifşalarla qarşılacaq, heç əvvəldən Lənkərandan durub, buraya gəlməzdi.
“Bəs, bundan sonra, Astara və region təhsilini nə gözləyir?” sualına isə, gənc alim bunu dedi:
“Bundan sonra Astarada və regionda təhsilə rəhbər gələcək olan şəxsin “qurd ürəyi yemiş” olması lazımdır. İnternetdə, sadəcə olaraq, yüngülvari bir axtarış edəndə, burda vəziyyətin nə qədər dramatik və təhlükəli olduğu aydın olur. Odur ki, buraya rəhbər gələcək olan şəxsin, o qədər də ağıllı, savadlı və uzaqgörən birisi olacağını düşünmürəm. Astara və region təhsilində isə, yaxın zamanda, irəliyə doğru ciddi bir dəyişiklik gözləmirəm”.
araz.az xəbər portalı.