Gəncə Dövlət Universitetinin müəllimlərinin rektor Yusif Yusifovdan növbəti şikayətləri var.
Universitetin bir qrup müəllimi rektor Yusif Yusifovun Maliyyə Nazirliyinin “kilid adamları”ndan olan qardaşı, aparat rəhbəri Cavanşir Yusifova üz tutublar. araz.az bildirir ki, bu barədə GDU-dan Mia.az-a məlumat verilib.
Onlar aparat rəhbərinə müraciət edərək, himayəsi ilə rektor təyiun olunan və bu gün də onun himayəsi ilə GDU-nu şəxsi təsərrüafatı kimi idarə edən qardaşı Yusif Yusifova “dur” deməyə çağırıblar:
“Hörmətli Cavanşir müəllim.
CAVANŞİR YUSİFOV
Bir az qəribə səslənsə də, biz Sizə müraciət etmək qərarına gəldik. Çünki Gəncə Dövlət Universitetində olan özbaşınalıqlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər Prokuroru Azad Qarayevə dəfələrlə şikayət etsək də, Sizə görə heç kim burada baş verən qanunsuzluqlara müdaxilə elmir. Əksinə, hər şikayət olunanda, qardaşınız Yusif Yusifov onları da aaşağılayan ittiham irəli sürür…
Ona görə də, qardaşınızı hər vəchlə müdafiə etdiyiniz üçün biz – Gəncə Dövlət Universitetinin müəllimləri olaraq, Sizə müraciət etmək qərarına gəldik. Ən azından müdafiə etdiyiniz şəxsi başa sala və düzgün yol göstərə bilərsiniz. Bir daha xatırladırıq ki, respublikada ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Buranın müəllimləri 350-400 manat arası maaş alırlar. Universitetin elmi dərəcəyə malik dosentlərinin maaşı 710 manat təşkil edir. Halbuki, digər universitetlərdə bu maaş dəfələrlə yüksəkdir.
Cavanşir müəllim, Siz maliyyə sistemində 2-3 kilid adamdan birisiniz. İndiki bahalıq şəraitində bu maaşla dolanmağın qeyri-mümkün olduğunu dəqiq bilirsiniz. Universitetin büdcəsi müxtəlif adlar altında Sizin qardaşınız və onun yaxın ətrafı tərəfindən talan olunur. Barı Siz onu başa salın. Ayıb deyilmi, bu adam müəllimlərin, eləcə də işçilərin maaşını niyə qaldırmır? Laborant heyəti 270-300 manat maaş alır. Hamı, bütün şəhər danışır ki, GDU-dakı bu maliyyə yeyintilərini Cavanşir Yusifov, yəni siz və nazir ümavini Azər Bayramov ört-basdır edir. Artıq kollektiv Sizin qardaşınızdan da, elə sizdən də beziblər…”.
Rektorun Gəncənin “Avtozavod” deyilən ərazisində iki ev tikdirdiyini deyən müəllimlər aparat rəhbərindən soruşur: “Qardaşınızdan soruşun, yeni evinə yaxın tikilən ev kimindir? Kim tikdirir? Bu qədər universitetin pullarını talayır, ikimərtəbəli bir tədris binasının təmirinə 3 milyon manata kimi vəsait ayırıblar. Halbuki bu bina var, sizcə ikimərtəbəlii bir binanın təmirinə 3 milyon ayrımaq nə deməkdir?! Bu qədər pulla bir rayonu az qala dirçəldirlər, lakin GDU-da bir imza ilə təmir adı ilə haralara yönləndirilir bu pullar?
Təsəvvür etməyin, elə baxsanız, görərsiniz ki, Gəncə Dövlət Universitetinin Bayraq meydanı yaxınlığında yerləşən 2-ci korpusunun həyətində qeyri-qanuni olaraq kafe tikilir.
YUSİF YUSİFOV
Bu kafe həm tədris korpusunun möhtəşəm görüntüsünə pozur, həm də auditoriyanın qarşısını tutur. Professor-müəllim heyətinin haqlı narazılığından sonra Gəncə Şəhər İcra Hakimiyyəti bu kafenin sökülməsinə göstəriş verdi. Lakin, gözdən pərdə asmaq üçün azaçıq bir hissəsi söküldü və söküntü dayandırıldı. İndi isə həmin kafeni yenidən tikmək istəyirlər. Vaxtı ilə bu universitetin kafe tikilən ərazisinin “Kontakt Home” mağazasına satıldığı üçün universitetin sabiq rektoru Yadiğar Əliyevi vəzifədən azad etmişdilər. İndiki rektor isə bir qədər də qabağa gedərək, həm həmin ərazinin bir hissəsini bu mağazaya satdı, indi isə həmin ərazinin bir hissəsində Tədris işləri üzrə prorektor Şahin Xurşudov kafe tikdirir.
Hələlik, Sizə müraciət edirik ki, onu başa salın…”.
Məəslə ilə bağlı GDU-dan münasibət öyrənə bilmədik.
araz.az xəbər portalı.