Ötən ay antiterror əməliyyatından sonra Qarabağı tərk edən ermənilər indi Ermənistanda məskunlaşıblar. Son günlər isə onların iştirakı ilə bəzi siyasi aksiyalar keçirilir və bu aksiyaların bəziləri Ermənistan hakimiyyətinə qarşı yönəlib. Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti Qarabağa ayırdığı maliyyə vəsaitini dayandırdığından Qarabağın “dövlət qurumlarında” çalışan əməkdaşlar əməkhaqqı ala bilmir. Qarabağdan ermənilərin kütləvi köçünü təşkil edən yerli hakimiyyət isə hələlik susur.

Ermənistanda bir çox dairələrdə hesab edirlər ki, Qarabağ erməniləri geri qayıdacaq.

araz.az KONKRET.az-a istinadən xəbər verir ki, ictimai-siyasi xadim Mikael Ayrapetyan bildirib ki, Qarabağ ermənilərinin geri qayıtmaq ehtimalı yoxdur: “Lakin bu, Qarabağ  məsələsinin birdəfəlik bağlanması da deyil. Buna dünyanın güc mərkəzləri də imkan verməyəcək. Biz Qarabağı geri qaytarmaq üçün ciddi hazırlaşmalıyıq.

Təbii ki, Qarabağın qondarma “prezidenti”nin imzasına gələcəkdə heç kim baxmayacaq. Erməni xalqının gələcək üçün real layihəsi var. Bizim alçaldıcı liderimiz indiki reallıqlar kontekstində həqiqətən də adekvat deyil. Xüsusən anklavlar və dəhliz söhbətində onun yanaşması kökündən zərərlidir. Bu, daha uzun və fərqli mövzudur. Millət olaraq öz vəzifəmizi anlamalı, hansı rolu öz üzərimizə götürməyə hazır olduğumuzu bilməliyik.

Davit-Bek və Qaregin Njde uğurlu cəhdlər etsə də, Madras dövründən biz bunu edə bilməmişik. Bu gün vəziyyət doğrudan da qorxuludur, lakin qeyd etdiyiniz irəliləyiş heç də mümkünsüz deyil. Sadəcə olaraq, Rusiyanı başqa dövlətlə əvəz etmək maraqlarımıza  uyğundur”.

araz.az xəbər portalı.