“Bakı şəhərində qeyri-qanuni tikililərə qarşı mübarizə davam edir”.
Muxalifet.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov bildirib. Onun sözlərinə görə, qeyri- qanuni tikililər inkişafda olan şəhərlərin, ümumilikdə dünyanın problemidir.
“Bakıda son vaxtlar belə tikililərin sayı azalıb. Bunlara qarşı mübarizə gedir. Azərbaycan hüquqi dövlət kimi formalaşıb və qanun qarşısında hamı bərabərdir”.
E.Əzizov “Sovetski”dəki söküntü işi və sakinlərin narazılığı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, söküntü prosesinin davam etdiyi ərazidə müraciətlər müvafiq qaydada baxılır.
“Proses gedən yerdə kimsə razı, kimsə narazı olur. Bu, təbii haldır. Söküntü və yeni binaların tikilməsi daim davam edir. Bu cür şəhərlərdə iş heç vaxt dayanmayacaq. Normal haldır. Yeni binalar tikilirsə, söküntü gedirsə, demək yaşayırıq, inkişaf var”.
araz.az xəbər portalı.