manat-2.jpg

Azərbaycan saathesabı əməkhaqqı sisteminə keçməlidir.

araz.az xəbər verir ki, bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. O bildirib ki, hazırda Azərbaycanda orta nominal (vergi, sosial ödənişlər, üzvlük haqları tutulmazdan öncə) əməkhaqqı 923 manatdır:

“Qənaətimcə, dövlət aylıq əməkhaqqı sistemini icbari şəkildə gündəlik saathesabı minimum əməkhaqqı sistemi ilə əvəz etməlidir. Müəyyən kataklizmlər yaşanacaq, işçi ixtisarları və s. olacaq, lakin sonra işlər stem yoluna düşəcək”.

Ekspertin sözlərinə görə, dövriyyəsi on milyonlarla manat olan İT şirkətləri var ki, işçiyə, ona pul qazandıran mütəxəssisə qəpik-quruş verir: “Lakin bir-iki nəfər təsisçi ilin tamamında milyonlarla manat qazanır. İstehsal, xidmət, ticarət sektorlarında da eyni vəziyyətdir”.

araz.az xəbər portalı.