İsrailin Qəzzada quru əməliyyatına başlaması konflikti genişləndirəcək.
araz.az xəbər verir ki, bu sözləri amerikalı tanınmış ekspert Ceffri Saks deyib.
“Əgər İsrail Qəzzada quru əməliyyatına başlasa, bu, konflikti genişləndirəcək. Düşünmürəm ki, İsrail quru əməliyyatı fonunda Qəzzada kütləvi qırğınlara başlasa, müsəlman dünyası bunu sakit və passiv şəkildə izləyəcək”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, hazırkı münaqişə müsəlman dünyasını sülh axtarışında birləşməyə sövq edəcək. /axar.az/
araz.az xəbər portalı.