zencefil

Zəncəfil ümumiyyətlə virus xəstəliklərindən qoruyan ədviyyat kimi istifadə olunur. Lakin bu ədviyyat hər kəsə və hər zaman faydalı olmur.

araz.az zəncəfilin insan orqanizmi üçün ziyanlarını araşdırıb:

1. Zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə-bağırsaq sistemində iltihab, yara, xora zamanı zəncəfil ziyan vura bilər.

2. Kəskin və xroniki hepatit, qaraciyər sirrozu zamanı da zəncəfildən istifadə etmək tövsiyə edilmir. Sağlam qaraciyər üçün zəncəfil faydalıdır. Lakin xəstə qaraciyərə stimullaşdırıcı təsir edən zəncəfil xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.

3. Öd daşı xəstəliyi zamanı spazmolitik təsiri olan zəncəfildən istifadə daşları tərpədə bilər ki, nəticədə daş öd kisəsinin kanalına düşə bilər. Bu da istənilməyən nəticələlər verər.

4. Ağır babasil zamanı zəncəfilin istehlakı qanaxmanın artmasına səbəb olar.

5. Yüksək hərarət zamanı zəncəfilli çaydan istifadə hərarətin daha da yüksəl

Buna görə də zəncəfildən istifadə edərkən diqqətli olun.

araz.az xəbər portalı.