Hər toyda olmasa da bir çoxunda toy sahiblərinin yediyini-içdiyini burnundan tökən qohuməqraba, tanış-biliş çıxır. Ara qarışıb məhsəb itəndə isə müğənnilər də şillə təpiyin qurbanına çevrilir.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
El arasında baməzə şəkildə belə bir deyim deyirlər. Toyların yaraşığı davalardır. Toyda müğənnilər və qonaqlar arasında davaların səbəbi nədir? Niyə müğənnilər dəvət olunduqları yerdə təzyiqə məruz qalırlar?
Spirtli içki dilinə dəyən kimi şirə, pələngə çevrilənlərin isə gözlərinə heç nə görünmür. Burda mənəm bağdatda kor xəlifə deyənlərin mahnı sifarişini geri çevirmək belə böyük davalara gətirib çıxara bilər.
Bəzən də olur ki, qonaqlar qalır bir yanda ev sahibi dəvət etdiyi müğnin dünyasını burnundan tökür. Burada əsas səbəb ev yiyəsinin verdiyi pulun qarşılığında istədiyi kimi məclisin alınmamasıdır. Bu halda elə ifaçıları özləri də mügənnini döyən məclis sahiblərinə haqq qazandırır.
Cavaşir Məmmədov – Müğənni: “Həmkarım telefonla mənə dedi ki, “İran təranələri” dedilər ifa etmədim, düz etmişəm? Dedim düz etməmisən. Sənə “Dolya” desəydilər oxumayacaqdın? Onda səni “nakazat” edəcəkdilər”.
Psixoloqlar isə düşünür ki, bu cür hallar müğənnilər üçün sülpriz olmamalıdır. Çünki kütləvi auditoriyada müxtəlif xarakterli insanlar var.
[bt_youtube url=”https://youtu.be/zTg08swJk24″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.