Qidalanma mütəxəssisi Natalia Kruqlova bal haqqında yanlış fikirləri açıqlayıb.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bal soyuqdəymə üçün tam müalicəni əvəz edə bilməz.
Onun sözlərinə görə, balın tərkibində az miqdarda üzvi maddələr var:
“Ona görə də bal soyuqdəymə və qrip üçün tam müalicəni əvəz edə bilməz. Bir çox insan soyuqdəymə zamanı bal yeyir. Bu üsul təsirli dərmanların olmadığı bir vaxtda yaranan vərdişdir. Bal karbohidrat tərkibinə görə yüksək konsentrasiyalı məhsuldur. Balın şəkər tərkibi yüksək olduğuna görə, həddindən artıq istehlak edilməsi mənfi nəticələnə bilər”.
araz.az xəbər portalı.