“Konstitusiya ilə təsdiq olunmuş hüquqlarımız var. Bunlardan biri də şənbə və bazarın istirahət günü olmasıdır. Ola bilər ki, kiminsə vacib işi varsa, gəlib həmin günü işləyir, buna qadağa qoymaq olmaz. Elə məqamlar olur ki, qadın və ya kişi olsun həmin gün işə çıxmalıdır. Elə tapşırıqlar ola bilər ki, mütləq tez bir zamanda yerinə yetirilməlidir. Belə olan halda necə deyə bilər ki, qadın həmin gün işləməsin”.

araz.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Tahir Rzayev deyib. Onun sözlərinə görə, bir neçə dəfə təklif edib ki, qadınlar səhər saat 10:00-da işə gəlsin, 17:00-da isə getsin:

“İşə bir saat gec gəlib, bir saat tez getsinlər. Ona görə ki, qadınlar səhər həyat yoldaşlarını işə yola salırlar, uşaqlarını məktəbə göndərirlər. Bundan sonra isə tez hazırlaşırlar ki, işə saat 09:00-da çatsınlar, hər hansı irad tutulmasın. Ona görə də xanımlar saat 10:00-da işə gəlsələr, daha yaxşı olar. Amma bunun qanun kimi qəbul olunmasının tərəfadrı deyiləm ki, mütləq həftəsonu işə gəlməli deyillər. Rauf müəllimin təklifi də qadınlara diqqətdən, qayğıdan qaynaqlanır. Amma qadınların elə bir işi ola bilər ki, şənbə günü işə gəlməlidir. Belə məsələlər işlərin xarakterindən asılıdır”.

Qeyd edək ki, deputat Rauf Əliyev qadınların şənbə və bazar günləri işləməməsini təklif edib.

araz.az xəbər portalı.