Kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin antioksidant komponentlərinin beyində yaddaş funksiyalarını yaxşılaşdırdığı və yaşa bağlı zehni geriləməni azaltdığı müəyyən edilib.
“Tech Explorist”də çıxan məqaləyə görə, Kolumbiya Universitetində flavonoid istehlakı ilə yaddaş arasındakı əlaqə araşdırılıb.
Tədqiqatda 3500 subyektə 3 il ərzində gündə 500 milliqram flavonoid həb və ya plasebo verilib.
Bitki və meyvələrə rəng verən flavonoid (flavan-3-ol) komponentinin gündəlik 500 milliqram əlavə olaraq verilməsi ilə subyektlərin söz ehtiyatı və düşüncə sürətini yaxşılaşdığı müşahidə edilib. Bu qida əlavəsi yaşla əlaqəli yaddaş funksiyası olanları yaxşılaşdırıb, zehni geriləmə xəstəliyi olan Alzheimer üçün tətbiq olunmayıb.
Qeyd edək ki, flavonoid yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qara qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus meyvələri də daxil olmaqla bir çox meyvə və tərəvəzin tərkibində var.
Kolumbiya Universiteti və “Brigham” Qadın Xəstəxanasının birgə apardığı araşdırma “PNAS” jurnalında dərc olunub.
araz.az xəbər portalı.