“Naxçıvan Sağlamlıq Mərkəzi” (Əvvəlki Diaqnostika-Müalicə Mərkəzi) publik hüquqi şəxsin direktoru Əli Orucov 10 min manat əməkhaqqı alır.
araz.az xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən bildirilib.
Məlumatlı mənbənin sözlərinə görə, direktorun əməkhaqqı tibb müəssisəsinin gəlirlərinə adekvat deyil.
“Əgər direktor 10 min manat əməkhaqqı alırsa, o zaman mərkəzin baş həkiminə 7-8 min manat, həkimlərinə 4-5 min manat, tibb bacılarına isə ən azı 1500-2000 manat maaş verilməlidir. Halbuki indi bu, belə deyil. Direktordan başqa bütün tibbi heyət aşağı əməkhaqqı alır”, – məlumatda qeyd olunub.
araz.az xəbər portalı.